Bill Qeyts “Microsoft”un idarə heyətindən istefa verdibackend

Bill Qeyts “Microsoft”un idarə heyətindən istefa verdi

“Microsoft”un həmtəsisçisi Bill Qeyts korporasiyanın idarə heyətindən istefa verib.

KONKRET.az xəbər verir ki, bu barədə martın 13-də yayımlanan açıqlamada bildirilir.

Şirkətin sənədinə görə, Qeyts xeyriyyəçiliyə, o cümlədən dünya səhiyyəsinin və təhsilinin inkişafına, iqlim dəyişikliyi ilə mübarizəyə daha çox vaxt ayırmaq istəyir.

Qeyts “Microsoft”un baş direktorunun və digər rəhbərlərin texniki məsləhətçisi olacaq.

Hazırda şirkətin rəhbəri Satya Nadelladır.

“Microsoft” xatırladır ki, 2008-ci ilin iyun ayından etibarən Qeyts xeyriyyə fonduna daha çox vaxt ayırmaq üçün şirkətdəki iştirakını azaldıb.

İndi “Microsoft”un idarə heyətində 12 nəfər var.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*