Bill Qeytsdən xəbərdarlıq: “Koronavirusdan daha pis fəlakət gəlir”backend

Bill Qeytsdən xəbərdarlıq: “Koronavirusdan daha pis fəlakət gəlir”

Dünya gələcəkdə koronavirus pandemiyasından daha pis nəticələr verəcək qlobal böhranla üzləşə bilər.

KONKRET.az xəbər verir ki, bunu “Microsoft”un qurucusu Bill Qeyts öz bloqunda yazıb.

O qeyd edib ki, dünya faciəli sayda ölümlə nəticələnən, insanları evlərini tərk etməkdən çəkindirən, iqtisadi çətinliklərə səbəb olan və əvvəlki nəsillərin üzləşmədiyi qlobal bir böhrandan sarsılıb.

“O, bütün dünyaya təsirini davam etdirir. Aydındır ki, COVID-19 pandemiyasından danışıram. Ancaq bir neçə onillikdə eyni təsvir başqa bir qlobal böhrana – iqlim dəyişikliyinə gətirib çıxaracaq. Bu pandemiya nə qədər dəhşətlidirsə, iqlim dəyişikliyi ondan da pis olacaq” deyib.

Babək Göyüş

KONKRET.az

  • Mahsun
    Avqust 7, 2020 - 09:19

    İndidən hazırlayırlar)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*