Binəqədi rayonunda pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb.
KONKRET.az DİN-ə istinadla xəbər verir ki, Rəsulzadə qəsəbəsindəki evlərin birindən pul və 2700 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub:
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 38 yaşlı A.Rəsulov müəyyən olunaraq saxlanılıb. Eləcə də keçirilən digər tədbirlə isə qəsəbə ərazisində yerləşən idman meydançasında bir nəfərin içərisində pulu və mobil telefonu olan çantasını oğurlamaqda şübhəli bilinən 33 yaşlı T.Fehruzlu saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.