Binjamin Netanyahu Nobel Sülh Mükafatı alacaq? – Namizədliyi irəli sürüldübackend

Binjamin Netanyahu Nobel Sülh Mükafatı alacaq? - Namizədliyi irəli sürüldü

İtaliyanın “Şimalın liqası” partiyasından İtalyan Deputatlar Palatasının üzvü Paolo Grimoldi İsrail Baş naziri Binyamin Netanyahunu Nobel Sülh Mükafatına namizəd göstərib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı İsrailin “Maariv” qəzeti yazıb.

Grimoldinin sözlərinə görə, İsrail Baş naziri BƏƏ, Bəhreynlə müqavilələr imzalamaqla yanaşı Səudiyyə Ərəbistanı ilə dialoqda irəliləyərək Yaxın Şərqdə sülhün bərqərar olmasına əhəmiyyətli töhfə verib və bu da İsrail təyyarələrinə hava sahəsini açıb.

“Bütün bu nailiyyətlər bir neçə ay əvvəl ağlasığmaz idi. Buna görə Netanyahu Nobel Sülh Mükafatına layiqdir”. Qəzet deputatın sözlərindən sitat gətirib.

Dünən Vaşinqtonda İsrailin BƏƏ və Bəhreynlə diplomatik münasibətlərinin qurulmasına dair ikitərəfli müqavilələrin imzalanması mərasimi keçirilib. Bundan əlavə, üç ölkə, Amerika Birləşmiş Ştatları ilə birlikdə bölgədə sülhün və dinlərarası dialoqun təşviqi səylərini təşviq etmək niyyətində olduqlarını bildirən “Avraam sazişi”ni imzalayıblar.

İsrail və ərəb ölkələri ABŞ-ın vasitəçiliyi ilə münasibətləri normallaşdırmaq üçün bir razılığa gəliblər.

Norveçli deputat, Tərəqqi Partiyasının üzvü Kristian Tübring-Yeddenin ABŞ Prezidenti Donald Trampı Nobel Sülh Mükafatına namizəd göstərməsinin səbəbi bu olub.

Bundan əlavə, İsveç deputatı Magnus Jakobsson ABŞ prezidentini, həmçinin Serbiya və Kosovo hökumətlərini də “sülhün əldə edilməsində və iqtisadi inkişaf yolunda” birlikdə çalışdıqlarına görə namizəd göstərib.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*