Bir-birini sevməyən DÖVLƏTLƏR – TƏFƏRRÜATLARbackend

Bir-birini sevməyən DÖVLƏTLƏR - TƏFƏRRÜATLAR

Artıq əsrlərdir ki, dövlətlər və xalqlar arasında münaqişə və müharibələr səngimək bilmir. Ərazi iddiaları, sivilizasiyalarası toqquşma, mehriban olmayan qonşuluq siyasəti, imperiya hikkəsi, şovinizm, irqçilik və ayrı-seçkilik bir çox hallarda qanlı toqquşmalara səbəb olur. Elə buna görədir ki, bəşəriyyət tarixində sülhü müharibələr arası pauza kimi qiymətləndirirlər. İki dünya müharibəsi görən Yer planeti 3-cü qarşıdurmaya “hamilədir”.

KONKRET.az dünya ölkələri arasında bir-birinə dost olmayan, müharibə həddinə qədər gələn və ya qanlı qarşıdurmaya kimi gedən ölkələrin ümumi məlumatlarını oxucuların diqqətinə çatdırır.

Beləliklə, bu gün bir çox ölkələrin ABŞ-la dostluq münasibətləri yox səviyyəsindədir. Məsələn, Şimali Koreya Birləşmiş Ştatları özünün birinci səviyyəli düşmən siyahısına salıb. ABŞ-Çin münasibətləri də ürəkaçan deyil. Amerikanın Çinin iqtisadi qüdrətinə qısqanc yanaşması göz qabağındadır. Doğrudur, Çində insan hüquqlarının kobud pozulması, xüsusən də uyğurlara qarşı şovinizm hallarının artması rəsmi Vaşinqtonun əlində ciddi bəhanəyə çevrilib. ABŞ Çin-Tayvan münasibətlərində Pekinin təcavüzkar siyasətini də əsas gətirərək bu ölkəyə təzyiqləri ildən-ilə artırır. Prezident Donald Tramp dönəmində Çinə qarşı iqtisadi sanksiyaların siyahısı daha çox artmışdı. Qeyd edək ki, Birləşmiş Ştatların Rusiya və İranla da münasibətləri sıfırın altındadır.

Bir-birinə düşmən münasibətdə olan ölkələr sırasında Rusiya ilə Ukraynanı göstərmək olar. Bu ölkənin Ukraynaya hərbi təcavüzü artıq bütün dünyada 3-cü dünya müharibəsinin başlanması kimi qiymətləndirilir. Bir çox ölkələr Rəsmi Moskvanı sərt şəkildə qınayıb və ABŞ-ın təkidi ilə tətbiq edilən sanksiyalara qoşulanların sayı çoxalıb.

Bu arada Yunanıstanın Türkiyəyə olan qeyri-dost münasibəti ən pik həddə çatıb. Artıq Rəsmi Afina Türkiyəyə qarşı aqressiv siyasəti ilə gündəmə gəlib. Hədələyici açıqlamalara əhəmiyyət verməsə də Ankara lazım gələrsə, Yunanıstanla güc dili ilə danışacağını istisna etməyib.

Pakistanla Hindistan arasında düşmən münasibət onilliklərdir davam edir. Dünya ictimaiyyəti iki nüvə ölkəsinin böyükmiqyaslı qarşıdurmasından narahatdır. Dünyanın cənnəti kimi sayılan Kəşmir məsələsində razılığa gəlməyən bu toqquşmalar beynəlxalq siyasətdə mürəkkəb vəziyyəti daha da ağırlaşdırıb. İndi Pakistan və Hindistan arasında seçim etmək istəyən dövlətlərin mövqelərində zaman-zaman dəyişiklik artıq sabitləşib. Əgər Çin Pakistana daha çox siyasi dəstək verirdisə, Hindistanla Yaponiya və İran arasında bütün sahələrdə əlaqələr dərinləşir. Belə vəziyyətin dünya siyasətinə təsiri olduqca əhəmiyyətli xarakter alıb.

Beynəlxalq ictimaiyyətdə İran amili də xüsusi yer tutur. Artıq Tehranın bir sıra ölkələrlə münasibətləri müharibə səviyyəsinə qədər gəlib çatıb.

Məsələn, Səudiyyə Ərəbistanı ilə İran arasında illərdir davam edən qeyri-dost münasibəti yeni mərhələyə qədəm qoyub. Suriya poliqonunda İranın maliyyələşdirdiyi terrorçu qruplarla Səudiyyənin pulu ilə savaşan ərəb kökənli dəstələr arasında qanlı savaş hələ də səngiməyib. Politoloqlar bu savaşın geniş miqyas alacağını düşünmür. Hesab edilir ki, İran artıq İsraillə qanlı qaşıdurma səviyyəsinə çatıb. Azərbaycanla da İran arasında diplomatik əlaqələr konsulluq səviyyəsinə enib. Artıq regionda İrandakı terrorçu fars rejimi ölüm-qalım savaşına hazırlaşır.

Hindistanın yaxın dostu Yaponiya iəs Rusiya və Cənubi Koreya ilə “dolanmır”. Moskva ilə Cənubi Kuril adaları ilə bağlı danışıqlar demək olar ki, dayandırılıb. Cənubi Koreya ilə Tokio yalnız Şimali Koreya məsələsində həmrəydilər. Amma buna baxmayaraq, Yaponiya eyni irqdən olan Cənubi Koreyanı sevmir.

Beynəlxaql münasibətlərdə Böyük Britaniya-Argentina arasında münasibətlərin soyuqluğu mövcuddur. Oxucularımıza yaxın vaxtlarda iki ölkə arasında dostluq münasibətlərinin olmaması ilə bağlı ətraflı yazı dərc olunacaq.

Digər ölkələrlə bağlı siyahını şərhsiz dərc edirik:

ABŞ-Əfqanıstan (Taliban) – Əfqanıstanda mövcud hakimiyyət Vaşinqtonu dost olmayan ölkələr siyahısında görür.

Hindistan-Çin: Hər iki nüvə ölkəsi artıq ciddi rəqibə çevrilib. Hindistan əhalisinin sayı artdıqca rəsmi Dehli hesab edir ki, Çinə qarşı dayanıqlı iqtisadiyyat yaratmaqla hərbi gücünü daha da artıracaq və regionda əsas söz sahibinə çevriləcək.

İsrail-Fələstin: Tarixi düşmənçilik qiyamət gününə qədər davam edəcək.

Xüsusi QEYD: İsrailin Azərbaycanla münasibətləri müttəfiqlik səviyyəsinə qədər inkişaf etməkdədir. Buna baxmayaraq, əsl sərkərdə və diplomat olan İlham Əliyev ərəb-müsəlman dünyası ilə də dostluq münasibətlərini inkişaf etdirə bilir. Lakin İran barəsində bunu demək mümkün deyil. Azərbaycan tərəf olaraq İsraili seçib. Çünki Ermənistanı çılğıncasına müdafiə edən İran bütün sahələrdə İrəvana dəstək verdiyini gizlətmir. Zəngəzur dəhlizinin açıqlmasını istəməyən real güc də İrandır. Fars və erməni şovinizmi regionda sülhün bərqərar olmasında maraqlı görünmür. Odur ki, Azərbaycan öz maraqlarının etibarlı müdafiəsi üçün İsraildə diplomatik nümayəndəliyini rəsmə təsis etdi.

Mərakeş-Əlcəzair: İki ölkə arasında qeyri-dost münasibətinin tarixi ərazi köklləri var.

Cənubi Koreya-Şimali Koreya: İnformasiya texnologiyaları sahəsində mühüm nailiyyətlər əldə edən cənublular şimallı qardaşları ilə mehriban olsalar da, Şimali Koreyadakı rejim bütün dünya ilə təcrid vəziyyətdindədir. Cənubi Koreya isə şimalı özünün haqlı olaraq tarixi torpaqlarını bir bayraq altında birləşməsini istəyir.

Yaponiya-Çin

Rusiya-ABŞ

Fransa-Əlcəzair

Braziliya-Venesuela

Çili-Peru

Serbiya-Xorvatiya

Kosovo-Serbiya

Vyetnam-Çin

Şimali Koreya-Meksika

Mərakeş-İspaniya

Misir-Efiopiya

Ermənistan-Azərbaycan

Hazırladı: Rəsmiyyə Şərifova,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*