Rusiyalı tanınmış politoloq Sergey Markov Azərbaycan Prezidenti İlham Əliyevin siyasi bacarıqlarına heyranlığını ifadə edib. Onun sözlərinə görə, İlham Əliyev bu gün dünyanın ən təcrübəli dövlət başçılarından biridir.
KONKRET.az xəbər verir ki, Markov prezident İlham Əliyevi təkcə siyasi baxımdan deyil, həm də intellektual səviyyəsinə görə yüksək qiymətləndirib:
“İlham Əliyev – MDU nəzdində fəaliyyət göstərən MİQMO-nun məzunu, mənim də müəyyən dövrlərdə dərs dediyim bir universitetin yetirməsidir. O, müasir dövrün ən təcrübəli liderlərindən biridir. Azərbaycan qalib ölkədir. Elə də çox dövlət yoxdur ki, müharibədə qələbə qazanmaqla yanaşı, bütün əraziləri üzərində nəzarəti bərpa etmiş olsun. Bu mənada bir çox ölkə rəhbərləri bu uğurun sirrini öyrənmək istəyərdi.”
Siyasi təhlilçi Prezident Əliyevin sakit və uzaqgörən lider kimi seçildiyini də vurğulayıb:
“İlham Əliyev son dərəcə ağıllı, korrekt və soyuqqanlı rəhbərdir. Onunla aparılacaq siyasi dialoqu səbirsizliklə gözləyirik.”
Natiq Səlim,
KONKRET.az