Bir cümləsi başına iş açdı – Ekrem İmamoğluna yeni zərbəbackend

Bir cümləsi başına iş açdı - Ekrem İmamoğluna yeni zərbə

Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının prezidentliyə namizədi, İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş sədri, hazırda həbsdə olan Əkrəm İmamoğlu barəsində yeni cinayət işi açılıb.

KONKRET.az xəbər verir ki, araşdırma onun Bakırköy Respublika Prokurorluğu tərəfindən İstanbul 40-cı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas zamanı səsləndirdiyi fikirlər əsasında başlanıb.

İddialara əsasən, İmamoğlu 6 aprel 2026-cı il tarixli məhkəmə iclasında ictimaiyyətdə “mənfəət məqsədli cinayət şəbəkəsi” istintaqı kimi tanınan iş üzrə çalışan məhkəmə və istintaq nümayəndələri barədə belə deyib: “Bu işdə yeganə cinayət şəbəkəsi ittiham tərəfidir”.

Bildirilib ki, həmin ifadələr məhkəmə və istintaq orqanı əməkdaşlarına yönəldiyi üçün vəzifəsini yerinə yetirən dövlət məmurunu təhqir etmə kimi qiymətləndirilib və buna görə də prokurorluq tərəfindən araşdırmaya başlanıb.

Araşdırmanın Bakırköy Respublika Prokurorluğu tərəfindən aparıldığı, iş üzrə yoxlamaların davam etdiyi qeyd olunub./yenisabah

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*