Bir gündə 11,2 milyard dollar İTİRDİbackend

Bir gündə 11,2 milyard dollar İTİRDİ

Dünyanın ən varlı adamı, LVMH (“Louis Vuitton Moet Hennessy”) şirkətlər qrupunun prezidenti Bernard Arno bir gündə 11,2 milyard dollar itirib.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, mayın 23-də şirkətin səhmləri Paris birjasında 5% ucuzlaşıb.

Bloomberg Milyarderlər İndeksinə görə, mayın 23-ü axşam saatlarında Bernard Arnonun sərvəti 191,6 milyard dollar olub.

Qeyd edək ki, “Louis Vuitton”, “Celine”, “Kenzo”, “Givenchy”, “Christian Dior”, “Fend”, “Hennessy”, “Bulgari” və “Sephor” kimi markaları özündə birləşdirən LVMH-in son bir ildə səhmləri 23% artıb. Bunun fonunda 2023-cü ilin yazında “Bloomberg” və “Forbes” Bernard Arnonu dünyanın ən zəngin adamı adlandırıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*