Bir həftədə rekord sayda uşaq COVID-19-a yoluxdubackend

Bir həftədə rekord sayda uşaq COVID-19-a yoluxdu

ABŞ-da bir həftə ərzində uşaqlar arasında rekord sayda koronavirus infeksiyasına yoluxma qeydə alınıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Pediatriya Akademiyası məlumat yayıb.

Bildirilir ki, 10-17 dekabr tarixlərində ABŞ-da 182 018 uşaqda koronavirus infeksiyası təsdiqlənib.

Bu rəqəm pandemiyanın başlanğıcından bəri rekord göstəricidir.

Eyni zamanda, iki həftə ərzində infeksiya sayında artım 25 % artıb. Ümumilikdə, ABŞ Pediatriya Akademiyasına görə, infeksiya bu günə qədər ABŞ-da 1,8 milyondan çox uşaqda aşkar edilib (ümumi yoluxma sayının təxminən 12,3 %-i).

Qeyd edək ki, ABŞ dünyada koronavirusa yoluxma (18 473 716 nəfər) və ölüm sayına (326 772) görə ölkələr arasında birinci yerdədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*