Sudanın Darfur bölgəsində torpaq sürüşməsi nəticəsində bir kənd tamamilə dağılıb və təxminən 1000 nəfərin həyatını itirdiyi bildirilir.
KONKRET.az milli.az-a istinadla xəbər verir ki, faciə bazar günü, avqustun son günlərində intensiv yağışların ardından Marrah Dağları yaxınlığındakı Tarasin kəndində baş verib.
Qeyd olunur ki, ilkin məlumatlara görə, kəndin bütün sakinləri həyatını itirib və yalnız bir nəfər sağ qalıb. Bu, ölkənin son illərdə yaşadığı ən ölümcül təbii fəlakətlərdən biri hesab edilir.