İrana etdiyim səfərlər zamanı səmimilik və qonaqpərvərliklə qarşılaşmışam.
KONKRET.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu ölkədə səfərdə olan İran Prezidenti Məsud Pezeşkianla görüşündə deyib.
“Mən İran rəhbərinin bir neçə dəfə qonağı olmuşam və bu münasibətlə mənim ən səmimi və mehriban salamlarımı və arzularımı ona çatdırmağınızı xahiş edirəm”, – Lukaşenko bildirib.