Sumqayıtda bir neçə gün öncə itkin düşən qadının meyiti tapılıb.
KONKRET.az xəbər verir ki, bu gün səhər saatlarından şəhərin dənizkənarı hissəsində qadın meyiti tapılıb.
Araşdırma zamanı onun 14-cü məhəllə sakini, 1955-ci il təvəllüdlü Qocayeva Xanım olduğu məlum olub.
Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, meyiti tapılan şəxsin bir neçə gün öncə itkin düşdüyü bildirilirdi.//APA