Bir qrup yerli jurnalist Şuşaya səfər edib – FOTOLARbackend

Bir qrup yerli jurnalist Şuşaya səfər edib - FOTOLAR

Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə yerli jurnalistlərin Azərbaycanın mədəniyyət paytaxtı və qədim şəhəri Şuşaya səfəri baş tutub.

KONKRET.az xəbər verir ki, jurnalistlər Şuşada tarixi-mədəni abidələrlə, erməni təcavüzünə məruz qalmış məscidlərlə və şəhərin görkəmli yerləri ilə tanış olublar.

Belə ki, media nümayəndələri əsrarəngiz gözəlliyi ilə seçilən Cıdır düzünə, Yuxarı Gövhərağa məscidinə, “Bazarbaşı” meydanına, Vaqifin məqbərəsinə və digər mühüm yerlərə baş çəkiblər. Şuşaya ilk dəfə ayaq basan jurnalistlər tamam fərqli hisslər yaşadıqlarını dilə gətiriblər və Azərbaycan əsgərinin sıldırım qayalardan qalxaraq şəhəri düşmən tapdağından azad etməsini əsl möcüzə adlandırıblar.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*