Bir sazişlə iki nəticə: İrana verilən yeni imkan bu ölkənin Ermənistan siyasətini tamamilə dəyişə biləcəkmi?backend

Bir sazişlə iki nəticə: İrana verilən yeni imkan bu ölkənin Ermənistan siyasətini tamamilə dəyişə biləcəkmi?

İlham Əliyev İran prezidenti Rəisi ilə görüşdü və Azərbaycan-İran-Türkmənistan qaz mübadiləsinə dair üçtərəfli saziş imzaladı. Sazişə əsasən Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetrədək qaz göndərəcək.

KONKRET.az  xəbər verir ki, mövzunu şərh edən siyasi şərhçi Asif Nərimanlı bildirib ki, 2 milyard kubmetr qaz beynəlxalq qaz bazarı üçün o qədər böyük olmasa da, burada Bakının strateji gedişi xüsusilə diqqət çəkir: “Birincisi, türkmən qazı Avropa bazarına ayaq açır. Azərbaycana göndərilən türkmən qazı böyük ehtimalla Türkiyəyə satılacaq. Hərçənd, bu uzun illərdir Rusiya və Çin bazarından asılı qalan Türkmənistanın Avropa bazarına ilk addımı hesab edilə bilər.

Asif Nərimanlı » Qaynarinfo.az

– Bakı Transxəzər layihəsinin gerçəkləşməsinə qədər Aşqabada qaz bazarını şaxələndirmək imkanı yaradır. Bu, Türk Dövlətləri Təşkilatına yeni qoşulan Türkmənistanın eyni çətir altında fəaliyyətini daha da stimullaşdıracaq;

– Türkmən qazına “çıxış” tapan Bakının “qaz müharibələri”ndə əli güclənir və bu gediş Transxəzər layihəsinə siyasi dəstəyi artıra bilər.

İkincisi, İranla yeni səhifə açılır:

– Tehranın regionda tranzit imkanı artır və bu, İranı Azərbaycanla işləməkdə maraqlı edir;

– İrana yeni imkanın yaradılması bu ölkənin Ermənistan siyasətinin tamamilə dəyişməsi demək deyil. Hərçənd, Tehranı regionda müharibədən sonrakı vəziyyəti qəbul etməyə, Zəngəzur dəhlizinə münasibətini dəyişdirməyə, 3+3 formatına qoşulmağa da sövq edir. Əliyev-Rəisi görüşünün atmosferi də bu gözləntiləri artırır. Beləliklə, Azərbaycan bir sazişlə iki nəticəni əldə edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*