Bir sıra strateji yüksəklikləri ələ keçirməyimiz ermənilərdə qıcıq yaradıbbackend

Bir sıra strateji yüksəklikləri ələ keçirməyimiz ermənilərdə qıcıq yaradıb

Dövlət Sərhəd Xidmətinin rəsmisi, general-mayor Elçin İbrahimovun Azərbaycan sərhədçilərinin Ermənistanla sərhəddə bir sıra strateji yüksəklikləri ələ keçirdiyi barədə bəyanatı erməniləri sözün əsl mənasında qıcıqlandırıb. Artıq Ermənistanda sosial şəbəkələrdə Ermənistan Silahlı qüvvələrinin də Azərbaycanla sərhəddə hektarlarla ərazilərdə mövqelərinin gücləndirilməsi ilə bağlı məqsədli məlumatlar yayılır. Ermənistan Müdafiə Nazirliyi bir az da qabağa gedərək sosial şəbəkələrdə bu ölkənin Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə irəliləməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Konkret.az erməni mediasına istinadla xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan jurnalistlərə verdiyi müsahibədə bildirib ki, mövqelərin gücləndirilməsi prosesi davamlıdır, hazırda Naxçıvan istiqamətində iş aparılır.

Ovannisyan nə qədər hektar ərazidə mövqelərinin irəli çəklidiyini deməsə də, Silahlı Qüvvələrin xeyli yeni ərazilər əldə etdiyini vurğulayıb. Qeyd edək ki, bundan əvvəl tarixçi və hərbi ekspert Artur Yegiazaryan da özünün Facebook səhifəsində yazmışdı ki, Ermənistan Silahlı Qüvvələri Azərbaycanla sərhəddəki 140 hektar ərazini azad edə bilib. Onun sözlərinə görə, onlar nəinki azərbaycanlıların qaz boru kəmərini və Gürcüstan-Ermənistan yoluna nəzarəti ələ keçirmə cəhdinin qarşısını ala biliblər, həm də Azərbaycan-Gürcüstan avtomobil yolunu nəzarətdə saxlamağa nail olublar. Yəqin ki, Azərbaycan Müdafiə Nazirliyi Ermənistan rəsmilərinin bu açıqlamalarına rəsmi münasibət bildirəcək.

Konkret.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*