KONKRET.az xəbər verir ki, bankdan yaranan problemlə bağlı bildirilib:
“Hazırda Birbank mobil tətbiqinin fəaliyyətində müvəqqəti fasilələr yaranıb. Bank əməliyyatlarını rahat və fasiləsiz həyata keçirməyin müştərilərimiz üçün nə qədər vacib olduğunu anlayır, yaranan narahatlığın ən qısa zamanda həlli üçün tam gücümüzlə çalışırıq. Həmçinin məlumat üçün bildirmək istəyirik ki, müştərilərimiz kartla POS-terminal, eləcə də Apple Pay və Google Pay ödənişlərini rahatlıqla edə bilərlər.
Müştərilərimizə anlayışları üçün təşəkkür edirik”.
***
“Axşamtərəfi “Birbank”da istifadəçilər kartlarını bu tətbiqdə silinmiş olaraq görürdülər. Sanki heç bir kart tətbiqə əlavə edilməyib. Hazırda isə istifadəçilər tətbiqə daxil olduqda profilaktik işlərin aparılması ilə bağlı bildiriş çıxır”.
KONKRET.az xəbər verir ki, bunu İKT üzrə ekspert Osman Gündüz sosial şəbəkə hesabında yazıb.
O.Gündüz qeyd edib ki, “Birbank” da tətbiqdə problem olduğunu təsdiqləyib:
“Xatırladıram ki, bir neçə gün öncə “Kapital Bank” brendi tam olaraq “Birbank”a keçib. Düşünmək olar ki, keçidlə bağlı hazırlıqlar yetərli olmayıb. Kiber hücum da istisna olunmur.
Hazırda yenidən sistemə daxil olduqda əlavə olunmuş kartlar görsənmir”.
Bankdan isə bildirilib ki, hazırda texniki çətinliklər mövcuddur. Çətinliyin ən qısa zamanda aradan qaldırılacağı qeyd olunub.//Qafqazinfo