“Apple”ın 2007-ci ildəki ilk nəsil 4GB smartfonu hərracda 145 min funta satılıb.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, hərraca çıxarılan smartfonun ilkin qiyməti 75 min funt-sterlinq olub.
Məlumata görə, hərrac zamanı lotun qiyməti təxminən iki dəfə artıb.
Təşkilatçılar bildiriblər ki, əlçatmaz model “iPhone” kolleksiyaçıları arasında məhdud istehsalına görə qiymətli hesab olunur.
Qeyd edək ki, 2007-ci ildə smartfonların 8 GB yaddaşa malik modelləri məşhur olub, 4 GB olan versiyalar isə məhdud sayda istehsal edilib.
İqbal Rzayev,
KONKRET.az