“Birinci ölkənin füreri özünü vurdu, ikinci isə müharibə bitənə kimi iki dəfə baş nazir dəyişmişdi” – İşxan Saqatelyanbackend

“Birinci ölkənin füreri özünü vurdu, ikinci isə müharibə bitənə kimi iki dəfə baş nazir dəyişmişdi” - İşxan Saqatelyan

“Siz deyirsiniz ki, İkinci Dünya Müharibəsindəki məğlubiyyətdən sonra Almaniya və Yaponiya yenidən dirçəldi və uğurlu iqtisadiyyat quraraq inkişaf etdi?”

KONKRET.az xəbər verir ki, bu fikirləri parlamentdəki çıxışında erməni siyasətçi İşxan Saqatelyan səsləndirib. O daha sonra fikirlərini bu cür davam etdirib: “O zaman  xatırladım ki, birinci ölkənin Füreri özünü tapança ilə vurdu, ikincisi isə müharibə bitənə qədər iki dəfə baş naziri dəyişmişdi”.

Saqateyan bu fikirləri ilə başa salmaq istəyib ki, Ermənistanı Almaniya və Yaponiya ilə müqayisə etmək yersiz və gülüncdür. Çünki həmin dövlətlərin rəhbərləri öz ölkələrini qorumaq üçün həm canlarından, həm də vəzifələrindən keçməyi bacarıblar. Ermənistanda isə vəziyyət tam fərqlidir.

Müşviq Tofiqoğlu 

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*