Bakı şəhər Xətai rayon 265 nömrəli tam orta məktəbin 1c sinif şagirdləri Hərbi Qənimətlər Parkını ziyarət edib.
KONKRET.az xəbər verir ki, səfər zamanı şagirdlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində ələ keçirdiyi qənimətlərlə yaxından tanış olublar.
Şagirdlərə nümayiş etdirilən eksponatlar haqqında geniş məlumatlar verilib.