Qırğızıstanın paytaxtı Bişkekdəki “Manas” Beynəlxalq Hava Limanında sərnişinlərin və personalın təxliyyəsi həyata keçirilib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, buna park edilmiş avtomobillərdən birinə bomba qoyulması ehtimalı səbəb olub.
Qeyd olunur ki, hüquq-mühafizə orqanları hazırda araşdırmalar aparır. Hər hansı şübhəli əşyanın aşkar edilib-edilmədiyi hələlik məlum deyil.//Qafqazinfo