Bitkoin ucuzlaşdıbackend

Bitkoin ucuzlaşdı

Dünyanın aparıcı kriptovalyutası olan bitkoin 45 min ABŞ dollarına kimi ucuzlaşıb.

KONKRET.az xəbər verir ki, kriptovalyutanın qiyməti son 24 saatda 1,12 % azalıb, son 7 gündə isə 5,97 % artıb.

Nəticədə bitkoinin kapitallaşması 881 milyard ABŞ dolları ətrafında qərarlaşıb.

Bazar kapitallaşmasına görə 2-ci pillədə qərarlaşan “Ethereum”un qiyməti isə son bir sutkada 1 % azalıb, son bir həftədə isə 5,92 % artaraq 2 361 ABŞ dolları olub.

İlk onluqda yer alan altkoinlərdən ən çox dəyər itirən “Solana” olub. Kriptovalyuta son bir sutkada 5,84 %, son bir həftədə isə 3,5 % ucuzlaşıb.

Hazırda kriptovalyuta bazarının toplam dəyəri 1,74 trilyon ABŞ dolları təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*