İlk kriptovalyuta bir ay ərzində 50%-dən çox bahalaşıb və bu, tarixdə ilk dəfə baş verib.
KONKRET.az xarici mediaya istinadən bildirir ki, martın 11-i saat 10:10-da bitcoinin kursu “Binance” birjasında 71.000 dolları keçərək yeni tarixi maksimum qiymətə çatıb.
Təkcə son 30 gündə Bitcoin 50%-dən çox bahalaşıb və onun kapitallaşması 1,38 trilyon dolları ötüb.
Xatirə SADİQ,
KONKRET.az