“Biz bu islahatların bəhrəsini artıq görürük” – ŞƏRHbackend

“Biz bu islahatların bəhrəsini artıq görürük” - ŞƏRH

Prezident İlham Əliyev hələ 2018-ci il aprelin 18-də Milli Məclisdə andiçmə mərasimində çıxış edərkən dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağını, Azərbaycan xalqının əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq qalacağını, onları daim uca tutacağını bildirdi.  Üzərindən 3 il vaxt keçdikdən sonra, Azərbaycan xalqı verilən bütün vədlərin yerinə yetirildiyini öz gözləri ilə görür. Bu gün Azərbaycan uğurla inkişaf edir, mədəni irsimizin dünyada təbliği istiqamətində olduqca vacib adımlar atılır.

Mövzu ilə bağlı fikirlərini KONKRET.az-la bölüşən Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi şərhçi Zaur Məmmədov deyir ki, İlham Əliyev 2018-ci ildə Prezident seçildikdən sonra, ölkədə ciddi şəkildə yeni islahatların həyata keçirildiyinin şahidi olduq: “Bu islahatlar həm kadr, həm də struktur dəyişiklikləri ilə bağlı idi. Təbii ki, söhbət dövlət aparatının daha da funksional və işlək olmasından, yeni çağırışlara cavab verməsindən gedirdi. Biz bu islahatların bəhrəsini artıq görürük. Bu illər ərzində korrupsiya və rüşvətxorluğa qarşı ciddi şəkildə  mübarizə aparılması, bəzi icra icra başçılarının həbs edilməsi, müxtəlif nazirliklərdə korrupsiya ilə bağlı əməliyyatların keçirilməsi, Azərbaycan dövlətinin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

Zaur Məmmədov: “Azərbaycan nə Ukraynadır, nə də Gürcüstan. Biz beynəlxalq  institutları qapı - qapı gəzmirik” | İnter Press

Zaur Məmmədovun sözlərinə görə, 2018-ci ildən başlayaraq regionlarla bağlı siyasətə də xüsusi diqqətin ayrılması, yeni icra hakimlərinin başçı kimi vəzifəyə gətirilməsi, müasir menecment təfəkkürünün vacibliyindən və modern dövlət idarəçiliyində çağdaş dəyərlərə, çağırışlara cavab verən idarəetmə mexanizmlərinin qurulmasından xəbər verir: “Eyni zamanda Prezident İlham Əliyevin hakimiyyətə gələrkən Qarabağ məsələsini özü üçün prioritet hədəf elan etməsi, Azərbaycan xalqının seçimində yanılmadığını göstərdi. Beləliklə Prezidentin andiçmə mərasimindən 2 ildən bir az artıq vaxt keçdikdən sonra, biz işğal altında olan torpaqların azad edilməsinin və ərazi bütövlüyümüzün bərpasının şahidi olduq”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*