“Ankaranın problemi İsrailin sionist əsaslı siyasəti ilə bağlıdır”.
KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.
O bildirib ki, Türkiyənin yəhudilərlə heç bir problemi yoxdur. Ankaranın problemi İsrailin “sionizmə əsaslanan ekspansionist siyasəti” ilə bağlıdır.
“Bildiyiniz kimi, Türkiyə İsrail dövlətini tanıyan ilk ölkələrdən biri olub. Bu proses zamanı bizim yalnız bir həssaslığımız var – Qüds və Fələstin xalqı. Bu, xalqımızın həssaslığıdır. Türkiyədə hər bir seçilmiş hökumət xalqı dinləməlidir. Biz İspaniyadan qaçan yəhudiləri qəbul edən xalqıq. İkinci Dünya Müharibəsi zamanı Hitlerin zülmündən qaçan yəhudiləri qarşılayan bir ölkəyik. Yəhudilərlə heç bir problemimiz yoxdur. Bizim İsrail dövlətinin sionizmə əsaslanan ekspansionist siyasətləri ilə bağlı problemimiz var”, – deyə Fidan vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az