“Biz KTMT-yə bir sual ünvanladıq, cavab verməlidir” – Alen Simonyanbackend

“Biz KTMT-yə bir sual ünvanladıq, cavab verməlidir” - Alen Simonyan

“KTMT özünü söndürüb və fəaliyyət göstərmir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ermənistan Milli Assambleyasının spikeri Alen Simonyan bildirib.

“Xülasə, biz KTMT-yə bir sual ünvanladıq, cavab vermədilər. KTMT-nin məsuliyyət zonası haradadır, siz Ermənistan Respublikasının sərhədlərini tanıyırsınızmı, Ermənistan hansı sərhədlər çərçivəsində KTMT-yə qoşulub?”. – Simonyan jurnalistlərin suallarını cavablandırarkən deyib.

Baş nazir Nikol Paşinyanın Ermənistanın KTMT-də iştirakının “dondurulması” ilə bağlı rezonans doğuran bəyanatını şərh edən Simonyan daha sonra deyib: “Baş nazir bəyan edib ki, bizim qurumun işində faktiki olaraq iştirak etməməyimiz donmuş münasibətlərdir”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*