“Müharibənin proqnozlaşdırılması həmişə yaxşı nəticələr vermir. Amma və edirik. Gördüyünüz kimi, müəyyən dərəcədə uğur da qazanırıq”.
KONKRET.az xəbər verir ki, bu barədə parlamentdə jurnalistlərlə söhbətində Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib.
O daha sonra Bakıda saxlanılan erməni məhbuslardan danışıb:
“Hazırda Qarabağın keçmiş liderlərini də nəzərə alsaq, Azərbaycanda 25-ə yaxın məhbus var. Bu istiqamətdə danışıqlar davam edir”, – Simonyan qeyd edib.
Rəsmiyyə Şərifova,
KONKRET.az