“Biz güzəştlər haqqında deyil, növbəti müharibəyə hazır olmaq və Azərbaycanın məğlubiyyəti haqqında düşünməliyik”.
KONKRET.az xəbər verir ki, bu barədə bu gün İranşünas, “Rodina” partiyasının üzvü Vardan Voskanyan öz Facebook səhifəsində yazıb.
“Sadə bir həqiqəti unudaraq, biz daim Azərbaycana güzəştlər barədə düşünməyə məcbur oluruq – Bakı əslində bütün Arsaxın və heç olmasa Ermənistanın bir hissəsinin ona verilməsini istəyir, qalan isə Azərbaycan və Türkiyədən vassal asılılıqda qalacaq”, – deyə Voskanyan qeyd edib.
Daha sonra Voskanyan Azərbaycan -Türkiyə münasibətlərində normallaşmadan ancaq dövlətçiliyə zərər gələcəyini bildirib.
“Başqa sözlə desək, Azərbaycan -Türkiyə “ideyalarına” görə, əsrlərin dərinliklərindən gələn erməni dövlətçiliyi proqramının bütün nəticəsi sıfırlanmalı və ən yaxşı halda Ermənistanın mövcudluğu yox edilməlidir, dövlət vahidi kimi sırf simvolik xarakter daşımalıdır”, – o yazıb.
Voskanyan müharibəyə açıq çağırış edərək, Azərbaycanın “dizini yerə qoymaq” barədə fikirləşməli olduqlarını sayıqlayıb.
“Ona görə də bizim yeganə fikrimiz güzəştə getmək yox, növbəti müharibəyə hazır olmaq və Azərbaycanın bu müharibədə məğlubiyyətə uğratmaqdır. Çünki bu, bizim iradəmizdən və istəyimizdən, dinc yaşamaq istəyimizdən asılı olmayaraq baş verə bilər, çünki bura Qərbi Asiyadır, çünki burada xalqların taleyini sülh deyil, müharibə Tanrısı həll edir”, – deyə Voskanyan sərsəmləyib.
Xuraman Etibarlı,
KONKRET.az