“Biz Paşinyanın sevimliləri arasında deyilik” – Vaxtanq Siradeqyanbackend

“Biz Paşinyanın sevimliləri arasında deyilik” - Vaxtanq Siradeqyan

“44 günlük müharibənin biabırçı məğlubiyyətinin simvolu olan Ermənistan Respublikasının baş nazirinin kürsüsündən yapışan şəxs İstiqlal Bəyannaməsinin 34-cü ildönümü münasibətilə “sevimli xalqına və sevimli vətəndaşlarına” mesaj göndərib. Güman edirəm ki, bu, mənə və mənim kimi insanlara qarşı yönəlməyib, çünki biz onun sevimliləri arasında deyilik. Amma bu, mənə Nikolun absurd bəyanatı müzakirə etməyə mane olmur”.

KONKRET.az  xəbər verir ki, bu fikirləri “hraparak.am” saytında Vaxtanq Siradeqyan yazıb.

Onun sözlərinə görə, söhbət guya Müstəqillik Bəyannaməsi ilə Ermənistan Respublikasının Konstitusiyası arasındakı ziddiyyətdən, Bəyannamənin 5-ci maddəsində qeyd olunan müddəadan gedir:

“Yeni Konstitusiyada Paşinyan “Dağlıq Qarabağın (bu subyekt artıq mövcud deyil – red.) adının çıxarılmasını tələb edir. Əslində bunu Azərbaycan tələb edir. Ancaq dəyişiklik Azərbaycanın deyil, xalqımızın istəyi ilə baş tutacaq”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*