Biz tost alırıq, Bakı isə konkret dividendlər…backend

Biz tost alırıq, Bakı isə konkret dividendlər...

Azərbaycan artıq ABŞ-ın strateji tərəfdaşıdır.

KONKRET.az Teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Suren Surenyants deyib.

“Vaşinqtonda Azərbaycanın SOCAR və ABŞ-nin neft nəhəngi “ExxonMobil” şirkətləri arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu, sadəcə növbəti enerji sövdələşməsi deyil, həm də siyasi siqnaldır. ABŞ Xəzər dənizinin enerji resurslarının tranziti məsələlərində Bakını strateji tərəfdaşa çevirərək Cənubi Qafqazda öz mövqelərini gücləndirir. Maraqlıdır ki, memorandum Zəngəzurdan keçən “Tramp yolu”nun (və ya Zəngəzur dəhlizi) tikintisinin də müzakirə edildiyi bir vaxtda imzalanır”, – ekspert bildirib.

Surenyants qeyd edib ki, ABŞ-ın strateji tərəfdaşına çevrilən Azərbaycan həm də Zəngəzur dəhlizi ilə bağlı hədəfinə də çatır.

“Biz tost alırıq, Bakı isə konkret dividendlər”, – politoloq əlavə edib.

Qeyd edək ki, ABŞ mediası bu gün Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyevlə amerikalı həmkarı Donald Tramp arasında iki ölkənin strateji tərəfdaşlığına dair saziş imzalayacağı barədə məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*