“Bizə tatuirovkalı qız lazım deyil” – Cütlüyün toyu bu səbəbdən təxirə salındıbackend

"Bizə tatuirovkalı qız lazım deyil" - Cütlüyün toyu bu səbəbdən təxirə salındı

 

KONKRET.az-ın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistanın Daşkənd şəhərində cütlüyün toyu qəribə səbəbdən təxirə salınıb. Belə ki, oğlan evi qızın bədəninin tatuirovkalı olduğunu bildikdən sonra qızın ailəsinə rədd cavabı verilib.

Qızın dediyinə görə, o, sevdiyi oğlana bədəninin görünnəyən hissəsində döymə olduğunu izah edə bilməyib.

“Mən gənc idim və axmaqlıq edərək döymə etdirdim. Dostlarım və mən bu barədə qərar verməmişdən əvvəl altı ay bu mövzunu müzakirə etdik. Valideynlərimə heç nə demədim. Ailəmin müasir olmasına baxmayaraq, bu onlar üçün də gözlənilməz idi”, – deyə qəz bildirib.

Valideynləri və bacısı döymə haqqında bir il bilməyiblər.

Qız danışır ki, toya hazırlıq məqsədilə mağazalardan birinin soyunma otağında paltar dəyişdirəndə bəyin bibisi təsadüfən onun döyməsini görüb və dərhal qışqırmağa başlayıb, qızı təhqir edib və belə bir yelbeyin qızla qardaşı oğlunun evlənməyəcəyini bildirib.

Valideynlər də qalmaqal ediblər və belə bir hadisəni utancverici adlandırıblar.

Qızın dediyinə görə, döyməni azaltmaq qərarına gəlib, baxmayaraq ki, yenə də iz qalacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*