Bizi başqalarından fərqləndirən cəhət – Azərbaycanda dinlər arası əlaqə yüksək səviyyədədirbackend

Bizi başqalarından fərqləndirən cəhət - Azərbaycanda dinlər arası əlaqə yüksək səviyyədədir

Hər bir dövrdə insanlar dini inanclarına və milli kimliklərinə görə təbəqələrə bölünüblər. Cəmiyyətləri bir-birindən ayıran dinlər və ayr-ayrı inanclar insanları fərqləndirir. Dini dözümlülük mənasını verən tolerantlıq insan hüquqları anlayışı və vicdanla bağlıdır. Bu dəyərlər insan azadlıqları və hüqüqlarının təsdiqi, plüralizm və demokratiya əsasında formalaşır. Yüz minlərlə insanın əzəli torpaqlarından məhz milli kimliyinə və mənsub olduğu dini dəyərlərə görə deportasiyaya məruz qalması, məhz dini dözümsüzlükdən irəli gəlir. Etnik təmizləmə zamanı diskriminasiyaya məruz qalan azərbaycanlıların eyni zamanda hüquqları pozulub və ermənilərin əməllərində dini ekstremizm elementləri özünü biruzə verib.

Deməli, millətlərarası münasibətlərin inkişaf etdirilməsində, xüsusi ilə  tolerantlığa həssaslıqla yanaşılamalıdır. Azərbaycanda yaşayan hər bir xalq öz milli dəyərlərini, adət ənənlərini, dini inanclarını qoruyub-saxlayır və dövlət də məsələyə xüsusi diqqətlə yanaşır. Sivilizasiyaların kəsişdiyi Azərbaycanda multikultural dəyərlərin qorunub-saxlanılması minillik tarixə söykənir. Zaman-zaman formalaşan bu dəyərlər dərin qatlara malikdir və özündə çoxəsrlik bir dövrü birləşdirir. Azərbaycanda müxtəlif dinlərin nümayəndələri özlərini təhlükəsiz hiss edir və rahat şəkildə dini inanclarını həyata keçirirlər. Bunun nəticəsidir ki, hazırda ölkəmizdə 2250 məscid, 16 kilsə və 7 sinaqoq fəaliyyət göstərir.

Dini ekspert Tural İrfan KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycan xalqı tarixən genetik olaraq torlerantdır və bizdə heç zaman din və məzhəb zəminində narahatlıq olmayıb:

Pirlərə verilən nəzirlərin əleyhinəyəm - Tural İrfan | Hafta.az

“Bunu sadəcə süni şəkildə kənardan qızışdıran  qüvvələr olub, o da effekt verməyib. Çünki xalqımız əzəldən vahid mövqe ətrafında formalaşıb, dinlər, millətlər qaynayıb qarışıb. Xüsusən tolerantlıq dini zəmində istifadə olunur. Məzhəb və fərqli din mənsublarının arasında normal münasibətin olması tolerant şərait deməkdir. Eyni və bərabər imkanların yaradılması zəminində hamısı ibadət və əqidələrinin tələblərini dövlət qanunları çərçivəsində həyata keçirirlər.

Ölkəmizdə dinlər arasında münasibətlərin tənzimlənməsi əvvəla qədim ənənələrimizə söykənən mühitdə inanclı insanların öz tərəfindən, icmalar arasında isti münasibətlərdən, qohumluq, dostluq əlaqələrinin yaranması şəraitində təbii olaraq nizamlanır. Ancaq rəsmi şəkildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələləri tənzimləyir, nəzarət edir, tolerantlığın qorunub inkişaf etdirilməsi üçün işlər görür. Ölkəmiz çoxkonfessiyalı ölkə olduğu üçün dinlər arasında, konfessiyalar arasında münasibətlərin həmişə yüksək səviyyədə olması vacibdir.

 Dini münasibətlərdə olduğu kimi milli münasibətlərdə də tolerantlıq şərtdir. Müxtəlif xalqlar, azsaylı icmalar arasında münasibətlər normal olub və bu da həmişə milli birliyimizi, həmrəyliyimizi möhkəmləndirib. Konstitusiyamıza görə Azərbaycan vətəndaşları irqindən, millətindən, dinindən asılı olmayaraq bərabərdirlər. Hamı azərbaycanlı olaraq eyni zamanda öz milli mənsubiyyətini, inancını, etiqadını yaşada bilər. Ümumiyyətlə istər dini, istərsə də milli münasibətlərdə ölkəmizdə hər zaman toletantlıq ənənələri inkişaf edib, yaşadılıb. Mədəni, mənəvi bağlar, milli adətlər qovuşub, rəngarəng mənəvi mühit formalaşıb. Əslində çoxkonfessiyalı, çoxmillətli cəmiyyətlər daha çox inkişaf etmiş hesab edilir. Çünki hərəsinin fərqli adətləri, bacarıq, istedad və qabaqcıl qabiliyyətləri birləşərək vahid bir sivilizasiya meydana gətirir. Azərbaycanın bu günki milli, dini tolerantlığı demək olar ki, dünyada örnək sayıla bilər. Artıq bizdə məzhəb fərqli qoymadan, bütün məzhəblərin mənsubları  vahid məsciddə, vahid din xadiminin rəhbərliyi ilə ibadət edir, namaz qılırlar. Lakin İslamın beşiyi sayılan çox ölkələrdə isə əksinə hər məzhəbin öz məscidi, hətta eyni məsciddə xüsusi ayrı ibadət yeri var. Bizdə isə əsl İslam ənənəsi qorunub saxlanılır. Digər dinlərin mənsubları ilə, xristian, yəhudi, katolik, provaslav, udi, bəhai icmalarının müsəlman icmalarının nümayəndələri ilə mütəmadi tədbirlər keçirilir, maarifləndirmə aparılır, tolerantlığımızı daha da inkişaf etdirmək üçün işlər görülür. Ümumiyyətlə Azərbaycanda dini və milli tolerantlıq şəraiti dünyada örnək göstərilə bilər.”

Vəli Həsənoğlu,

KONKRET.az

P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi mövzusuna uyğun olaraq dərc edilir”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*