“Ermənistanı xilas etməyə hazır olan 200-250 “kamikadze”nin siyahısını tərtib etmişəm”
KONKRET.az xəbər verir ki, bu sözləri “Hayastan” blokundan olan deputat Aqvan Vardanyan parlamentdə keçirdiyi brifinqdə bildirib. O deyib ki, Ermənistanı xilas etmək üçün həyatını verməyə hazır olan 200-250 siyasi “kamikadze”nin siyahısını artıq hazırlayıb.
“Məncə, bu insanların missiyası ölkəni siyasi yolla indiki hakimiyyətdən azad etmək olmalıdır. Ona görə də qrupun özəyi ölkəni indiki xarabalıqlardan dirçəldəcək gələcək hökumətin tərkib hissəsi olmalıdır”, – deyə Vardanyan bildirib.
250 ..vazgenkamikadze..😁😁
O 44 günlük savaşda olan kamikadzelərdən? Onları heç tuta bildik ki, elə qacmisdilar ki? Elə kamikadze olar?😁😁😁