“Bizim addımlarımız sanksiyalardan daha sürətlidir” – Zelenskibackend

"Bizim addımlarımız sanksiyalardan daha sürətlidir" - Zelenski

“Bu gün Ukraynanın əks-hücum əməliyyatı dünyanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən daha sürətlə gedir”.

KONKRET.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “Gələcək Ukraynada həll olunur” Yalta Avropa Strategiyasının 18-ci iclasında panel müzakirəsi zamanı deyib.

Prezidentin sözlərinə görə, bu gün vacib olan Ukrayna əsgərlərinin döyüş meydanında təşəbbüsü qoruyaraq irəliləməyə davam etməsidir.

“Dünən baş verənləri müqayisə etməməliyik. Fevralın 24-də, dövlətimizin işğalına başlanılanda hamımızın harada olduğumuzu müqayisə etməliyik. Və bu gün biz ərazimizin böyük hissəsini azad etdik”, – deyə ölkə rəhbəri bildirib.

Zelenski qeyd edib ki, o, insanların Ukraynanın ərazi bütövlüyünü mümkün qədər tez bərpa etmək və ölkədə sülh yaratmaq istəyini başa düşür. Eyni zamanda, Rusiyanın başlatdığı müharibə mürəkkəbdir və buna görə də bir çox proseslər ləngiyir.

“Müharibə ləngiyir. Biz bunu etiraf edirik. Bütün proseslər mürəkkəbləşir və ləngiyir: sanksiyalardan tutmuş silah təminatına qədər. Bəzi tərəfdaşlar deyəndə ki, əks-hücum necə olacaq, növbəti addım nə vaxt olacaq? Cavabım: Bizim bu günki addımlarımız yeni sanksiyalar paketlərindən daha sürətlidir”, – deyə Zelenski əlavə edib.

Prezident əks-hücum əməliyyatını sürətləndirmək üçün texnikaya, xüsusən də qırıcı təyyarələrə ehtiyac olduğunu vurğulayıb.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*