“Bizim olanı almaq üçün bizim olmayanları verməliyik” – Paşinyan mübahisəli kəndlərdən DANIŞDIbackend

“Bizim olanı almaq üçün bizim olmayanları verməliyik” – Paşinyan mübahisəli kəndlərdən DANIŞDI

“Azərbaycandan nəsə tələb etmək üçün biz sərhəd xəttimizdə dayanmalıyıq”.

KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətinin Kirants kəndində sakinlərlə görüşü zamanı deyib.

O, Ermənistan müxalifətinin “Paşinyan Tavuş kəndlərini vermək istəyir” ittihamına belə cavab verib: “Tavuş rayonunda Xeyrimli adlı kənd varmı? Bu kəndin icra başçısı kimdir? Tanış olmaq istəyirəm. Tavuşda Əskipara adlı kənd varmı? Bu kəndin sakinləri kimlərdir? Qanuni olaraq bizim olanı almaq üçün qanuni olaraq bizim olmayanı verməyə hazır olmalıyıq”.

Baş nazir bildirib ki, bu məlumatı paylaşmaq üçün kənd sakinlərinin görüşünə gəlib. “Sizdən xahiş edirəm ki, problemləri həll etmək üçün bizə fürsəti verin.  Biz addım-addım irəliləyək və görək, bu dinc, sakit yolla getməklə ölkəmizin ərazi bütövlüyünü təmin etmək olarmı? Bunun üçün mümkün olan hər şeyi etməliyik”, – Paşinyan bildirib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*