Biznesmenin maşınından 124 min pul oğurlandıbackend

Biznesmenin maşınından 124 min pul oğurlandı

Bakıda iş adamına məxsus avtomobildən külli miqdarda pul oğurlanıb.

KONKRET.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, fevralın 26-da A.Quliyevə məxsus “Mercedes” markalı avtomobilin yük yerindən 90.000 manat və 20.000 dollar (34 min manat) oğurlanıb.

Hadisə ilə bağlı polisə məlumat daxil olub. Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər eyni əmələ görə məhkum olunmuş Fikrət Cəfərov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*