Blinken: “Putin müharibəni uduzdu”backend

Blinken: "Putin müharibəni uduzdu"

“Bu ilin çox çətin olmasına baxmayaraq, ukraynalılar döyüş meydanında qeyri-mümkün olanı bacardılar”.

KONKRET.az xəbər verir ki, bu sözləri ABŞ-ın dövlət katibi Antoni Blinken səsləndirib.

O, Ukraynanın dünyanın ən böyük ordularından birinə qarşı durmalı olduğunu qeyd edib.

“Putin Ukrayna ilə müharibəni artıq uduzub, çünki o, Ukraynanı yer üzündən silib Rusiyaya qatmaq kimi əsas məqsədinə nail ola bilməyib”, – Blinken deyib.

Onun sözlərinə görə, Ukraynaya qışdan, yazdan və gələn yaydan sağ çıxmaq üçün kömək etmək lazımdır. Blinken qeyd edib ki, Vaşinqtonun Ukraynanın gələcək inkişafı ilə bağlı dəqiq planı var:

“Biz Ukraynanın gələcəyinə real sərmayə qoymuşuq, bunun üçün çox işlər görmüşük, indi ondan imtina etməyin mənası yoxdur”- deyə Blinken əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*