Blinken: Xüsusi sərhəd mühafizəsi qrupu gələn həftə Ermənistana yola düşəcəkbackend

Blinken: Xüsusi sərhəd mühafizəsi qrupu gələn həftə Ermənistana yola düşəcək

“Gələn həftə sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün Ermənistana xüsusi sərhəd mühafizə qrupu gedəcək və biz müvafiq təhlükəsizlik işlərini gücləndirəcəyik”.

KONKRET.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Ermənistan və ABŞ arasında strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması mərasimində deyib.

“Qısa müddət ərzində biz gözəl tərəfdaşlıqlar fonunda çox böyük səmərəli iş gördük.

“Beləliklə, Ermənistanla ABŞ arasında münasibətlərdə mühüm nailiyyəti qeyd edə bilərik. Biz strateji tərəfdaşlıq üzrə komissiya yaradırıq”, – ABŞ dövlət katibi bildirib.

Blinkenin sözlərinə görə, komissiya bir sıra mühüm istiqamətlər üzrə qarşılıqlı əməkdaşlıq dairəsini genişləndirəcək: müdafiə və təhlükəsizlik, iqtisadiyyat, inklüzivlik və özəl münasibətlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*