Moskvanın Meşçanski məhkəməsi bloger və xarici agent kimi tanınan İlya Varlamovu Rusiya Silahlı Qüvvələri barədə yalan məlumat yaydığı üçün qiyabi olaraq 8 il yarım müddətinə ümumi rejimli koloniyaya məhkum edib.
KONKRET.az milli.az-a istinadən xəbər verir ki, prokurorluğun məlumatına görə, Varlamov 99,5 milyon rubl məbləğində cərimələnib və 4 il müddətinə internet sayt və kanallarını idarə etmək hüququndan məhrum edilib. Cəza blogerin Rusiyada saxlanıldığı və ya ekstradisiya olunduğu andan qüvvəyə minəcək.
Qeyd edək ki, o, xaricdə olduğu müddətdə Rusiya ordusunun fəaliyyəti ilə bağlı yalan məlumat yaymaqda ittiham olunur. Varlamov barəsində beynəlxalq axtarış elan edilib və 2023-cü ilin martında Rusiya Ədliyyə Nazirliyi onu xarici agentlər siyahısına daxil edib.