BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyirbackend

BMT Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün bütün səyləri dəstəkləyir

“BMT-nin baş katibi Antonio Quterreş ABŞ-nin vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın Birgə Bəyannamə imzalamasını alqışlayır və bunu iki ölkə arasında münasibətlərin normallaşması yolunda mühüm mərhələ hesab edir”.

KONRKET.az xəbər verir ki, bu barədə təşkilat rəhbərinin ofisinin yaydığı məlumatda deyilir.

“Baş katib Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın davamlı dialoq, Prezident Donald Trampın isə danışıqlara sadiqliyini alqışlayır. Baş katib Cənubi Qafqazda davamlı sülhə nail olmaq üçün BMT-nin bütün səylərə güclü dəstəyini bir daha təsdiqləyir”, – deyə bəyanatda vurğulanır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*