BMT-dən İsrailə: “Bu, soyqırımdır”backend

BMT-dən İsrailə: "Bu, soyqırımdır"

BMT Komissiyasının yeni hesabatında İsrailin HƏMAS-la müharibənin başladığı 2023-cü ildən bəri beynəlxalq hüquqda soyqırımı kimi müəyyən edilən beş əməldən dördünü həyata keçirdiyi bildirilib.

KONKRET.az xəbər verir ki, bunlara qruplaşma üzvlərinin öldürülməsi, onlara ciddi bədən xəsarətləri və psixoloji zərbələr vurulması, qruplaşmanın məhv edilməsinə yönəlmiş şərtlərin məqsədli şəkildə yaradılması, həmçinin doğumun qarşısının alınması daxildir.

Hesabatda soyqırımı niyyətinin sübutu kimi İsrail liderlərinin bəyanatları və İsrail qüvvələrinin davranış modelləri göstərilib.

İsrail Xarici İşlər Nazirliyi isə açıqlama yayaraq bu hesabatı “saxtalaşdırılmış və yalan” adlandırıb və BMT komissiyasının dərhal buraxılmasına çağırıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*