BMT: “İsrail qoşunlarını dərhal Livan ərazisindən çıxarmalıdır”backend

BMT: "İsrail qoşunlarını dərhal Livan ərazisindən çıxarmalıdır"

İsrailin Livan ərazisində mövcudluğu BMT qətnamələrini pozur və İsrail qoşunları dərhal qonşu dövlətin ərazisindən çıxarılmalıdır.

KONKRET.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin sülhməramlı əməliyyatlar üzrə müavini Jan-Pier Lakrua BMT

Təhlükəsizlik Şurasının Livanda BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələri (UNIFIL) və Golan Təpələrində (UNDOF) BMT-nin Atəşkəs Müşahidəçi Qüvvələrindəki işi ilə bağlı keçirilən iclasında danışıb.

O, Livan və İsrail arasında atəşkəsin “kövrək” olsa da, saxlanmağa davam etdiyinə diqqət çəkib.

Lakrua bildirib ki, UNIFIL bu məsələdə tərəfləri dəstəkləməyə davam edir.

O, Livan hakimiyyətinin atəşkəsi qorumaq və BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əməl etmək üzrə öhdəliklərini yerinə yetirmək öhdəliyinə diqqət çəkib.

Lakrua xatırladıb ki, yanvarın 6-da keçirilən atəşkəs mexanizmini müzakirə etmək üçün keçirilən görüşdə İsrail ordusunun çıxarılması və Livan Silahlı Qüvvələrinin bölgəyə yerləşdirilməsini ehtiva edən mərhələli plan təqdim edilib.
Təşkilatın baş katibinin müavini bildirib ki, İsrail 60 günlük müddət bitmədən qoşunlarını Livandan çıxarmalıdır, lakin bu müddətə 10 gün qalmış İsrail ordusu Livan ərazisində mövcudluğunu davam etdirir.

Lakrua qeyd edib ki, İsrail bəzi tunelləri, binaları və əkin sahələrini dağıdıb, hava hücumları təşkil edib və Livanın hava məkanını pozub.

O, İsrailin hərəkətlərini Livan Hizbullah hərəkatına qarşı tədbir kimi əsaslandırıb, lakin qeyd edib ki, İsrailin Livandakı mövcudluğu 1701 saylı qətnaməni pozur.
“Biz İsrail qoşunlarının elan olunmuş müddət bitmədən dərhal Livan ərazisindən çıxarılmasını tələb edirik”, – o vurğulayıb.

BMT nümayəndəsi xatırladıb ki, atəşkəs rejiminin qüvvəyə minməsindən 7 həftə keçib. O, qeyd edib ki, UNIFIL-in əksər hissələri öz bazaları daxilində hərəkətlərində məhdudlaşdırılıb və bəzən İsrail ordusunun xəbərdarlığı səbəbindən sığınacaqlarda qalmağa məcbur olurlar.

Onun sözlərinə görə, əməliyyatlara partlamamış hərbi sursatlar, İsrail ordusunun qurduğu nəzarət-buraxılış məntəqələri və yerli əhalinin müdaxiləsi mane olub.

Rəsmiyyə Şərifova

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*