“Avropa Parlamentinin qərarını pisləyirik. Bu qərar dezinformasiya, yalan və ikili standartlarla qəbul edilmiş qərardır. Heç bir məcburi müddəa yoxdur. Qranadada Azərbaycanın ərazi bütövlüyünü imzalayan Paşinyan Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə bəyan edib. O, Putinlə eyni şeyi söylədi. Birləşmiş Millətlər Təşkilatının bütün dörd nizamnaməsi bunu qəbul etmişdir. Azərbaycan dünyanın gözü qarşısında ən humanist və şəffaf antiterror tədbirlərini öz torpaqlarında həyata keçirib”.
KONKRET.az xəbər verir ki, bu sözləri Publika.az-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz deyib.
O bildirib ki, bu torpaqlarda yaşayan ermənilərə Azərbaycan Konstitusiyasına tabe olmaq, vətəndaş olmaq, bərabər vətəndaşlıq əsasında yaşamaq imkanı veriləcəyi dəfələrlə bəyan edilsə də, onlar bundan imtina ediblər:
“Rusiyanın sülhməramlı qüvvələrini əvəz etmək üçün qısa müddətdə bölgəyə Birləşmiş Millətlər Təşkilatının missiyasının gəlməsindən söhbət belə gedə bilməz. Qarabağ Azərbaycanın ərazisidir. Oradakı mövcud vəziyyətlə, geosiyasi və geostrateji inkişafla hamı barışmalıdır. Birləşmiş Millətlər Təşkilatının istənilən missiyası gəlmək istəyirsə, Ermənistana gələ bilər. Bu, Ermənistanın öz işidir, lakin Azərbaycanın razılığı olmadan onların Qarabağa gəlməsi mümkün deyil.
Qarabağ məsələsi artıq həll olunub. Azərbaycanın ərazi bütövlüyü kontekstində belə bir missiyaya ehtiyac yoxdur. Bu heç real da deyil. Avropa Parlamenti həm türk dünyasına qarşı islamofobiya ideyası ilə hərəkət edən, Türkiyə və Azərbaycana gəldikdə qərəzli qərarlar verən bir qurumdur. Bu qərar etibarsızdır. Sülh, sabitlik və əmin-amanlıq üçün otuz dörd aydır ki, sülh əlini uzadan Azərbaycan və Türkiyəyə qarşı verilən bu qərar qəbuledilməzdir”.