BMT: Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yerinə çevrilibbackend

BMT: Qəzza uşaqlar üçün dünyanın ən təhlükəli yerinə çevrilib

Qəzza müharibənin bərpasından sonra yenidən “dünyanın uşaqlar üçün ən təhlükəli yerinə” çevrilib.

KONKRET.az xəbər verir ki, bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) icraçı direktoru Ketrin Rassel bildirib.

Onun sözlərinə görə, əgər döyüşlər əvvəlki intensivliyinə qayıtsa, hər gün yüzlərlə uşaq öləcək.

“Qəzzada girov saxlanılan 30-dan çox uşaq sağ-salamat azad edilib və ailələrinə qovuşub. Uşaqlara davamlı humanitar atəşkəs lazımdır. Biz bütün tərəfləri beynəlxalq humanitar hüquq üzrə öhdəliklərinə uyğun olaraq uşaqlara müdafiə və yardım göstərməyə çağırırıq. Fələstin və İsraildəki bütün uşaqlar sülhə layiqdirlər və daha yaxşı gələcəyə ümid edirlər”, – Rassel deyib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*