BMT: “Son 32 ildə Azərbaycanda 3 460 nəfər mina qurbanı olub, 357-si uşaqdır”backend

BMT: "Son 32 ildə Azərbaycanda 3 460 nəfər mina qurbanı olub, 357-si uşaqdır"

“Son 32 ildə Azərbaycanda 3 460 nəfər mina qurbanı olub. Onlardan 357-si uşaq, 38-i isə qadındır”.

KONKRET.az xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Bakıda keçirilən “Mina təhlükəsi ilə mübarizə: innovasiyalar və qabaqcıl təcrübələr” adlı ikinci beynəlxalq texniki konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin sonuncu bəyannaməsində minatəmizləmə ilə bağlı konkret qətiyyətli addımlar göstərilib: “Minalar və digər partlayıcı maddələr 60 ölkədə insanların həyatı üçün təhlükə törətməkdədir”.

BMT rəsmisi bildirib ki, innovasiyalar minatəmizləmənin 5 əsas strukturu üçün çox önəmlidir: “BMT-nin Azərbaycan ailəsi olaraq, ANAMA ilə təsis olunduğu gündən uğurlu əməkdaşlıq edirik. BMT-nin üç agentliyi ANAMA-ya satınalma dəstəyi, standartların müəyyənləşdirilməsi istiqamətində təlimlərlə dəstək göstəririk. Bizim təşəbbüsümüzlə 121 mindən çox sakin, 40 mindən çox uşaqlar maarifləndirmə ismarıcları əldə edib. Mina təhlükəsizliyi sülh üçün vacib amildir. Azərbaycan minalardan və partlayıcı qalıqlardan təmizlənməlidir, bu, 2030-cu il dayanıqlı inkişaf planı üçün vacibdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*