BMT Suriyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirirbackend

BMT Suriyaya qarşı sanksiyaları yenidən nəzərdən keçirir

BMT Suriyaya qarşı sanksiyalara yenidən baxılması məsələsində beynəlxalq ictimaiyyətlə işləyir.

KONKRET.az xəbər verir ki, bu barədə Dəməşqdə mətbuat konfransında çıxış edən təşkilatın baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen bildirib.

“Suriyanın yeni administrasiyasına dəstək vermək üçün beynəlxalq ictimaiyyətlə işləyirik. Sanksiyalar əvvəlki rejimə qarşı tətbiq edilib və onları tətbiq edən ölkələr artıq onları yenidən nəzərdən keçirməlidir”, – o deyib.

Pedersen Suriyada hərtərəfli siyasi keçidə səbəb olacaq milli dialoqun aparılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, hələlik onun həyata keçirilməsi üçün dəqiq tarixlər yoxdur, lakin o hazırlanır.

Xatırladaq ki, Aİ 2012-ci ildən Suriyaya qarşı iqtisadi sanksiyalar tətbiq edir. 2022-ci ilə qədər bu məhdudiyyətlər, o cümlədən neft ticarətinə qoyulan qadağalar öz miqyasına görə Aİ tarixində rekord həddə idi. Yanvarın 27-də Aİ-nin xarici işlər nazirləri yeni keçid hökuməti dövründə Dəməşqə qarşı sanksiyaların mümkün yumşaldılmasını müzakirə etmək üçün Brüsseldə görüşəcəklər.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*