İran ABŞ-dan BMT-yə şikayət məktubu hazırlayıb.
KONKRET.az xəbər verir ki, İran İslam Respublikasının xarici işlər nazirinin müavini Səid Xatibzadə ABŞ-ın İrana endirdiyi hava zərbələri nəticəsində dəymiş ziyana görə təzminat tələb etdiklərini açıqlayıb.
Xatibzadənin sözlərinə görə, Tehran məsələ ilə bağlı Birləşmiş Millətlər Təşkilatına rəsmi şikayət təqdim etməyə hazırlaşır.
“ABŞ bu qanunsuz hərəkətlərinə görə İran xalqına və dövlətinə dəyən ziyanı kompensasiya etməlidir,” – deyə Xatibzadə bildirib.
Müşviq Tofiqoğlu
KONKRET.az