BMU ilə Qazaxıstan universiteti arasında memorandum imzalandı – FOTOLARbackend

BMU ilə Qazaxıstan universiteti arasında memorandum imzalandı - FOTOLAR

ADA Universitetində Azərbaycanla Qazaxıstanın elm və təhsil nazirləri Emin Əmrullayev və Sayasat Nurbek, eləcə də hər iki ölkənin nüfuzlu ali məktəb rektorlarının iştirakı ilə dəyirmi masa keçirilib.

KONKRET.az xəbər verir ki, “Azərbaycan və Qazaxıstan arasında ali təhsildə əməkdaşlığın genişləndirilməsi” mövzusuna həsr olunan tədbirdə dost və qardaş ölkələrin təhsil sahəsində əməkdaşlığının gücləndirilməsi, ikili diplom proqramlarının tətbiqi, həmçinin elmi əlaqələrin inkişafı istiqamətində geniş müzakirələr aparılıb.

Müzakirələrin ardınca Qazaxıstan və Azərbaycanın bir sıra universitetləri arasında anlaşma memorandumları imzalanıb.

Bakı Mühəndislik Universiteti (BMU) ilə Manaş Kozıbayev adına Şimali Qazaxıstan Universiteti arasında imzalanan memorandum tərəfdaş universitetlərin professor-müəllim heyəti, eləcə də bakalavr, magistr, doktorantların tədris və elmi-tədqiqat fəaliyyətinə marağının artırılması, birgə tədqiqatlar üçün təkliflər hazırlamaq, müəllim və tələbələrin mübadiləsini asanlaşdırmaq məqsədini daşıyır.

Sənədə əsasən, elmi tədqiqat məsələlərinə dair simpozium, konfrans, qısamüddətli kurslar və görüşlərin təşkili, birgə tədqiqat, həmçinin ömürboyu təhsil proqramlarının həyata keçirilməsi, innovativ tədris və idarəetmə üsulları haqqında məlumat mübadiləsi, ətraf mühitin idarə edilməsi üzrə birgə tədbirlərin təşkili, elmi, metodik nəşrlərin mübadiləsi həyata keçiriləcək.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*