BMW koronavirusa görə bu ölkələrdəki zavodlarını bağladı backend

BMW koronavirusa görə bu ölkələrdəki zavodlarını bağladı 

Almaniyanın avtomobil istehsalçısı BMW Avropa və Cənubi Afrikadakı zavodlarını koronavirus səbəbiylə bir ay bağladığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı AFP agentliyi şirkətin baş direktoru Oliver Zipsin açıqlamasına istinadən yazıb.

Zipsə görə, ilkin fasilə bir ay davam edəcək.

Zavodlar BMW istehsalının təxminən yarısını təşkil edir. İstehsalçı əvvəllər koronavirusun şirkətin fəaliyyətinə mənfi təsir göstərəcəyini söyləyib.

Babək Göyüş

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*