BNA: “Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə giriş məhdudlaşdırılıb”backend

BNA: "Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə giriş məhdudlaşdırılıb"

Bakının Nərimanov rayonunda yerləşən “Metro City” ticarət mərkəzinin ətrafındakı ticarət obyektlərində baş verən yanğınla əlaqədar Heydər Əliyev prospektindən Ağa Nemətulla küçəsinə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulub.

Bu barədə KONKRET.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Qeyd edək ki, yanğın səbəbilə daha öncə F.Xoyski küçəsi ilə A.Nemətulla küçəsinin kəsişməsindən Ağa Nemətulla küçəsinə və bu küçədən Təbriz küçəsinə də nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*