“Boeing 737” qəzaya uğradı – 50-dən çox sərnişinin öldüyü bildirilirbackend

“Boeing 737” qəzaya uğradı – 50-dən çox sərnişinin öldüyü bildirilir

İndoneziyanın paytaxtı Cakartadan Qərbi Kalimantan əyalətinin mərkəzi Pantianak şəhərinə reys yerinə yetirən ölkənin “Sriwijaya Air” aviaşirkətinə məxsus təyyarə ilə rabitənin kəsildiyi açıqlanıb.

KONKRET.az xəbər verir ki, söhbət “Boeing 737-500” avialaynerindən gedir.

Məlumata görə, təyyarə bir dəqiqədən də az müddət ərzində on min futdan çox yüksəkliyə qalxıb. Rabitə əlaqəsinin kəsilməsi uçuşdan dörd dəqiqə sonra baş verib.

İndoneziyanın Axtarış-Xilasetmə İdarəsinin nümayəndəsi Yusuf Lətif təyyarə ilə əlaqənin itdiyi barədə xəbərləri təsdiqləyib.

İlkin məlumatlara görə, hava gəmisində 50-dən çox sərnişin olub.

Daha sonra qəzaya uğradığı iddia edilən ərazidə təyyarə qalıqları və cəsəd hissələrinin tapıldığı məlum olub.

“Sinxua” Agentliyi yerli televiziyaya istinadla təyyarənin qalıqlarının və cəsədlərin tapılması barədə məlumatın sahil mühafizəsi gəmisinin kapitanı tərəfindən verildiyini qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*